Xəbərlər

AK və Aİ Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı birgə bəyanat yayıb

“Gürcüstan vətəndaşları oktyabrın 26-da keçirilən parlament seçkilərində səs veriblər və Avropa İttifaqı (Aİ) parlament seçkiləri ərəfəsində baş verənləri yaxından izləyib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Cozep Borrell və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, son aylarda Gürcüstan xalqı demokratik dəyərlərə və ölkələrinin Avropa İttifaqına gedən yoluna sadiqliyini nümayiş etdirib.

“ATƏT/DTİHB-nin rəhbərlik etdiyi Beynəlxalq Seçki Müşahidə Missiyasının ilkin hesabatlarına və nəticələrinə görə, seçki günü ümumilikdə prosedur baxımından yaxşı təşkil olunsa da, gərgin mühit, səsvermə qaydalarının tez-tez pozulması ilə yadda qalıb”, – məlumatda qeyd edilib.

Cozep Borrell və Ursula von der Leyen birgə bəyanatlarında müşahidəçilərin qeyri-bərabər şərtlərdə olması, bölücü kampaniya və son qanunvericilik dəyişikliklərinin seçki prosesinə təsiri ilə bağlı ciddi narahatlıqlarını bildirdiklərini söyləyib.