Çin təhlükəsizlik orqanları dəniz ərazilərində izləmə və casus cihazları aşkar ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
“Çin dövlət təhlükəsizlik orqanlarının işi göstərdi ki, xarici casus və kəşfiyyat xidmətləri ölkəmizin dəniz sularında kəşfiyyatı və monitorinqi gücləndirmək üçün hər cür vasitələrdən istifadə edirlər”, – məlumatda bildirilib.