Xəbərlər

KİV: Mərakeş və Fransa 20-dən çox əməkdaşlıq sazişi imzalayıblar

Bazar ertəsi axşam Rabatda Mərakeş və Fransa liderləri müxtəlif sahələrdə 20-dən çox əməkdaşlıq müqaviləsi imzalayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Telquel” informasiya portalı məlumat yayıb.

Mərasim Mərakeş kralı VI Məhəmməd və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutub.

Sazişlər dəmir yolu sektorunda, yaşıl hidrogen istehsalı, su ehtiyatları, enerji, investisiyaların cəlb edilməsi, kənd təsərrüfatı və meşə təsərrüfatı sahələrində qarşılıqlı fəaliyyət, yanğınsöndürmə, təhsil, elmi tədqiqat, innovasiyalar, mədəniyyət və başqa sahələri əhatə edib.