“Macarıstan dünya gücləri arasında dialoqun tərəfdarıdır, çünki dialoqun olmaması bütün ölkələr üçün zərərlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransının açılışında deyib.
“Biz macarlar böyük dünya dövlətlərinin bir-biri ilə ünsiyyət qurmağa hazır olmamasından çox narahatıq. Bu, qəbuledilməzdir, çünki bu, digər ölkələrə də zərər verir. Onların bir-biri ilə danışmaması kiçik dövlətlər üçün təhlükəlidir. Ona görə də biz böyük qüvvələrin gələcəkdə dialoqa qoşulmasını istəyirik, çünki dialoqun olmaması heç kimin qalib gəlməyəcəyi bir vəziyyət yaradır”, – Siyarto bildirib.