Xəbərlər

KXDR XİN rəhbəri Koreya yarımadasındakı vəziyyət barədə danışıb

“Koreya yarımadasında vəziyyət ABŞ-ın hiylələri ucbatından təlatümlüdür”.

“Füyuzat”ın məlumatına görə, bunu Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı deyib.

“Hazırda ABŞ və onun tərəfdaşlarının hiylələri ucbatından dövlətimizin təhlükəsizlik vəziyyəti çox təhlükəli və qeyri-sabit vəziyyətdədir.
ABŞ və Cənubi Koreyanın nüvə komponenti ilə ittifaqına çevrilməsi, Koreya yarımadasındakı vəziyyətin hər an partlayıcı ola biləcəyini göstərir ki, bu, Koreya yarımadasının təhlükəsizliyi üçün çox risklidir, eləcə də bütövlükdə Şimal-Şərqi Asiya regionu üçün təhlükələr yaradır”, – Çoi Sonq Hi bildirib.