Xəbərlər

ABŞ: Şimali Koreyanın raket buraxılışı bütün dünyada sabitliyi təhdid edir

“Şimali Koreyanın raket buraxılışları təkcə regionda deyil, bütün dünyada sülh və sabitliyə təhlükə yaradır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“Birləşmiş Ştatlar Koreya Xalq Demokratik Respublikasının (KXDR) noyabrın 4-də çoxsaylı ballistik raket buraxılışını pisləyir. Bu buraxılışlar BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur, regional və beynəlxalq sülhə, təhlükəsizliyə təhdid yaradır. Biz Şimali Koreyanın təcavüzünün qarşısını almaq və Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozmasına beynəlxalq reaksiyanı koordinasiya etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələri davam etdiririk. Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyimiz sarsılmazdır”, – məlumatda qeyd edilib.