“Yoav Qallantın İsrailin müdafiə naziri vəzifəsindən azad edilməsi Kanadanın Qəzza zolağında atəşkəs və Fələstin dövlətinin yaradılmasını ehtiva edən münaqişə ilə bağlı mövqeyini dəyişməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kanadanın müdafiə naziri Uilyam Bleyr jurnalistlərə müsahibəsində deyib.
“Əlbəttə, Qallantın İsrailin Baş naziri Benyamin Netanyahunun kabinetindən uzaqlaşdırıldığını bilirəm, lakin bu, Kanadanın Qəzza münaqişəsi ilə bağlı mövqeyini dəyişmir”, – nazir bildirib.