Xəbərlər

İsrailin müdafiə naziri istefasının səbəblərini açıqlayıb

Yoav Qallant İsrailin müdafiə naziri vəzifəsindən istefa etməsini 2023-cü il oktyabrın 7-də baş vermiş hadisələri araşdırmaq üçün dövlət komissiyasının yaradılması ilə bağlı fikir ayrılıqları, radikallar tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı məsələlərdəki mübahisələrlə izah edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qallant istefadan sonrakı çıxışında deyib.

“Mənim vəzifəmdən uzaqlaşdırılmağım üç məsələdə fikir ayrılığının nəticəsidir. Birincisi, mənim qəti mövqeyim budur ki, hərbi yaşda olan hər bir şəxs İsrail Müdafiə Qüvvələrində xidmət etmək üçün çağırılmalıdır və İsrail dövlətini müdafiə etməlidir. İkinci məsələ, girovların sağ-salamat ailələrinə və evlərinə qaytarılmasının mənəvi borc və məsuliyyətidir. Bu məqsədə nail olmaq mümkündür. Bu, İsrail dövlətinin edə biləcəyi və İsrail ordusunun dözə biləcəyi ağrılı güzəştlər tələb edir. Üçüncü məsələ ondan ibarətdir ki, biz 7 oktyabr 2023-cü il hadisələrini hərtərəfli araşdırdıqdan sonra dərs götürməli və nəticə çıxarmalıyıq, bunun üçün də yalnız bir yol var – dövlət təhqiqat komissiyasının yaradılması”, – keçmiş nazir bildirib.