Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşəyin bu gün Çinin paytaxtı Pekində görüşlər keçirəcəyi bildirlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, nazir iki ölkə arasında ən yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin Toplantısına qatılacaq.
Verilən məlumata görə, türk nazir Çinin vitse-prezident Han Zenq və Çin investisiya şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə görüşəcək.