Xəbərlər

Çin XİN: Pekinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyi tutarlıdır

“Çin Ukrayna böhranı ilə bağlı mövqeyini qoruyur”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Cian brifinqdə deyib.

“Yalnız onu deyə bilərəm ki, Çinin Ukrayna məsələsində mövqeyi həmişə ardıcıl və aydın olub. Çinin konstruktiv rolu beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınır”, – Cian qeyd edib.