Argentina Prezidenti Xavyer Miley ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Amerika respublikası liderinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Argentina Prezident Aparatının baş katibi Karina Miley və xarici işlər naziri Xerardo Verteyn də iştirak edib.
Argentina Prezidenti Trampı qələbə münasibətilə bir daha təbrik edib və sosializmi tənqid edib.
Qeyd edək ki, bu, Mileyin 2023-cü ilin dekabrında vəzifəyə gəldikdən sonra ABŞ-a 7-ci səfəridir.