Xəbərlər

ÜST: Son 6 ildə tibb müəssisələrinə 7,4 mindən çox hücum olub

Səhiyyə müəssisələrinə silahlı hücumlar nəticəsində son 6 ildə tibb müəssisələrinə ümumilikdə 7,4 mindən çox hücum qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Səhiyyə obyektlərinə hücumların monitorinqinə başladığımız 2018-ci ildən bəri ÜST 21 ölkədə 7400-dən çox hücumu təsdiqləyib, nəticədə 2400-dən çox tibb işçisi və xəstə ölüb, 5000 nəfər yaralanıb. Son 3 il ərzində isə sağlamlıq obyektlərinə və personala edilən hücumların sayı, miqyası və şiddəti nəzərəçarpacaq dərəcədə artıb. 2024-cü ildə Əfqanıstan, Qəzza və Haitidəki hadisələrə əlavə olaraq, ÜST Livan, Myanma, Sudan, Ukrayna və digər ölkələrdə 1,1 min belə hücumu təsdiqləyib”, – məlumatda bildirilib.