“Cənubi Koreya rəsmiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) avtomatik idarəetmə sistemli hücum məqsədli pilotsuz uçuş avadanlıqlarının (PUA) istehsalı proqramının sürətlə inkişafından narahatdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
“Pxenyan dronların aşkarlanmasını son dərəcə çətinləşdirmək üçün gizli texnologiyalardan istifadə edir. Buna görə də Cənubi Koreya Silahlı Qüvvələri PUA-lara qarşı sistemlərin inkişafını gücləndirəcək”, – məlumatda qeyd olunub.