“Çin ümid edir ki, Kanada Tayvan məsələsinin həssaslığını anlayacaq və “vahid Çin” prinsipinə əməl edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi Limada APEC sammiti çərçivəsində kanadalı həmkarı Melani Coli ilə görüşündə deyib.
“Tayvan məsələsi Çinin suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır. “Vahid Çin” prinsipi beynəlxalq ictimaiyyətin ümumi konsensusu və İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq nizamın mühüm hissəsidir, bu, mübahisə edilə bilməz. Biz ümid edirik ki, Kanada Tayvan məsələsinin yüksək həssaslığını tam başa düşür və “vahid Çin” prinsipinə səmimi şəkildə əməl edəcək”, – nazir vurğulayıb.