Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün 18-19 noyabr tarixlərində Braziliyaya səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edək ki, dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik qiymətləndirmələr aparırlar.
Artıq 19-cu dəfədir ki, keçirilən G20 sammitinə bu il Braziliyanın Rio de Janeyro şəhərinin ev sahibliyi edəcəyi haqqında məlumat verilib.