Bu gün müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan “525-ci qəzet”in yaranmasının 32-ci ildönümüdür.
“Füyuzat”ın məlumatına görə, 1992-ci il noyabrın 17-də qeydiyyatdan keçmiş qəzetlərin siyahısında 525-ci olan nəşr bu ad altında fəaliyyətə başlayıb. Hazırda isə “525-ci qəzet”in adı ilk sıralarda çəkilir.
Vaxtilə karyeralarına “525-ci qəzet”də başlayanlar indi bir çox aparıcı qurumlarda çalışırlar.
“525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir.
“Füyuzat” kollektivi “525-ci qəzet”in yaranmasının 32-ci ildönümü münasibətilə həmkarlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır.