Xəbərlər

Kim Çen İn: Üçüncü dünya müharibəsi başlaya bilər

Şimali Koreya lideri Kim Çen İn Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın hərbi əməkdaşlığını sərt şəkildə tənqid edib və ölkəsinin nüvə müdafiə qabiliyyətini gücləndirəcəyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Hüriiyet” qəzeti məlumat yayıb.

“ABŞ, Cənubi Koreya və digər düşmən güclərin hərbi hərəkətləri Koreya yarımadasındakı gərginliyi tarixin ən pis səviyyəsinə çatdırdı. ABŞ, Cənubi Koreya və Yaponiya arasında üçtərəfli hərbi əməkdaşlıq Koreya yarımadasında sülh və sabitliyi təhdid edən kritik amildir”, – Prezident qeyd edib.