Xəbərlər

Orban: Qərbin dünyada hökmranlıq ideyası iflasa uğrayıb

“Qərb sivilizasiyasının dünyada hökmranlığı artıq mövcud deyil, Asiya ölkələri müstəqil güc mərkəzlərinə çevrilib”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən “Avrasiya Forumu” beşinci beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Son onilliklərdə Qərb ölkələri öz inkişaf modelini dünyaya sırımağa çalışıb. Onlar digər dövlətlərin iqtisadi və maliyyə üstünlükləri müqabilində bununla razılaşacaqlarına inanırdılar. Lakin bu ideya iflasa uğradı. Asiya dövlətləri müstəqil iqtisadi və siyasi güc mərkəzləri kimi yüksəlməkdə davam edir. Şərq ölkələrinin iqtisadiyyatı Qərb ölkələrinin iqtisadiyyatından 4 dəfə daha sürətlə böyüyür, qərb sənayesinin əlavə dəyəri 40%, şərq sənayesinin isə 50% təşkil edir. Avropa Asiya ilə münasibətdə öz yerini tapmasa və bütün Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlıq qurmasa, itirməkdə davam edəcək”, – Baş nazir vurğulayıb.