“Gürcüstanda prezident seçkilərinin, eləcə də onun andiçmə mərasiminin 2024-cü ildə keçirilməsi planlaşdırılır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə müsahibəsində deyib.
“Biz prezidenti 5 il müddətinə seçməliyik, buna görə də prezidentin 5 il müddətinə seçilməsi üçün seçkilərin və andiçmə mərasiminin bu il keçirilməsi vacibdir”, – Papuaşvili əlavə edib.
Qeyd edək ki, bundan əvvəl respublikanın Baş naziri İrakli Kobaxidze prezident seçkilərinin 2025-ci ilin yanvarında keçirilə biləcəyini bildirib.