Xəbərlər

Le Monde: Avropada Ukraynaya qoşun göndərilməsi ilə bağlı müzakirələr başlayıb

Avropa ölkələri Ukraynaya özəl hərbi şirkətlərdən qoşun və ya qırıcıların göndərilməsi ilə bağlı müzakirələri bərpa edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata görə, son həftələr Avropada Qərb qoşunlarının və özəl müdafiə şirkətlərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr yenidən başlayıb. Bu, Donald Trampın 2025-ci il yanvarın 20-də ABŞ prezidenti vəzifəsinə başlamasından sonra ABŞ-ın Ukraynanı dəstəkləməkdən mümkün imtina etməsi ilə bağlıdır.