“İran İsraillə birbaşa toqquşmaya can atmır, lakin İslam Respublikasını genişmiqyaslı müharibəyə cəlb etmək üçün addımlar atan İsrail dövlətinin bütün təhdidlərinə cavab verməyə hazır olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz müharibəyə, hətta genişmiqyaslı müharibəyə də hazırıq. İsraillilər müharibə yolunu seçsələr, biz tam hazır olacağıq. Yaxın Şərqdəki münaqişələrin həllinə görə məsuliyyət ilk növbədə ABŞ-ın üzərinə düşür. İsraillilərin bölgədə törətdikləri vəhşiliklərə, eləcə də Livanda və başqa yerlərdə törətdikləri qırğınlara son qoymaq üçün hər cür səy alqışlanmalıdır”, – Əraqçi əlavə edib.