Rusiya və Çin aviasiyası Yapon dənizi ərazisində birgə planlı strateji patrul həyata keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
“Çin və Rusiya hərbçiləri arasında illik əməkdaşlıq planına uyğun olaraq cümə günü tərəflər Yaponiya dənizi ərazisində doqquzuncu birgə strateji hava patrulu təşkil edib və həyata keçiriblər. Son illər Rusiya Federasiyası və Çinin Silahlı Qüvvələri birgə təlimlər və patrul xidməti həyata keçirməklə əməkdaşlığı ardıcıl olaraq gücləndiriblər. Moskva və Pekin dəfələrlə qeyd edib ki, onların hərbi əməkdaşlığı beynəlxalq hüququn müddəalarına uyğundur və üçüncü ölkələrə qarşı yönəlməyib”, – məlumatda qeyd olunub.