Xəbərlər

AFP: ABŞ və digər NATO ölkələri Ukraynanı alyansa dəvət etmək istəmir

“Bəzi NATO ölkələri ABŞ və Rusiya ilə mümkün sülh danışıqları fonunda mövqeyini möhkəmləndirmək istəyən Kiyevin təzyiqlərinə baxmayaraq, Ukraynaya alyansa qoşulmaq üçün dəvət göndərmək istəmir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “AFP” adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.

“Bir neçə ölkə Kiyevi NATO-ya üzv olmağa dəvət etmək üçün monumental qərar qəbul etmək istəmir. Blokun xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə keçiriləcək toplantısında bu mövzu gündəmdə olmayacaq. Ukrayna tərəfi belə bir dəvətdə israrlıdır, çünki o, Rusiya ilə mümkün sülh danışıqlarını güclü mövqedən aparmaq üçün hazırlaşmaq istəyir. Kiyevin alyansa qoşulması mövzusu yalnız 2025-ci ilin iyun ayının sonuna planlaşdırılan alyans sammitindən əvvəl ciddi müzakirə olunacaq”, – məlumatda bildirilib.