Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şara beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya hücumlarının dayandırılmasını təmin etməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Suriya telekanalı məlumat yayıb.
“Biz beynəlxalq ictimaiyyəti İsrailin Suriya ərazisinə müdaxiləsi probleminin həllini tapmağa çağırırıq”, – məlumatda bildirilib.