“Suriyada müxalif qüvvələrin Dəməşqə irəliləməsi ilə bağlı bağlanan Dəməşq Beynəlxalq Hava Limanı bu gündən fəaliyyətə başlayacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Səlahiyyətlilər hava limanının mərhələli şəkildə fəaliyyətə başlayacağını və ilk reysin paytaxt Dəməşqdən Hələbə həyata keçiriləcəyini bildirib.
Qeyd edilib ki, aeroport tezliklə beynəlxalq reyslərə açılacaq.