Xəbərlər

Bloomberg: Orban Rusiyaya qarşı sanksiyalar barədə Trampın andiçməsindən sonra qərar verəcək

Macarıstanın Baş naziri Viktor Orban yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini gözləmək və yalnız bundan sonra Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının uzadılması ilə bağlı qərar qəbul etmək niyyətində olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketi təqdim edib və bu paketlər hər altı aydan bir yenilənməlidir. Növbəti dəfə bu, yanvarın sonunda, Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından 11 gün sonra ediləcək. Məhdudiyyətlərin uzadılması üçün 27 Aİ ölkəsinin yekdil qərarı tələb olunur və Orban qərarı veto edə bilər. Aİ sammitinin sonunda Macarıstanın Baş naziri sanksiyaları uzatmağa hazır olmadığını deyərək həmkarlarını təəccübləndirib”, – agentlikdən bildirilib.