Xəbərlər

KİV: Trampın andiçmə mərasimindən əvvəl Qəzzada razılaşma ehtimalı yoxdur

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi və Fələstin anklavında atəşkəsin əldə olunması ilə bağlı razılığın əldə olunması şansları azdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Tərəflər arasında hələ də fikir ayrılıqları var, lakin məsləhətləşmələr davam edir”, – məlumatda bildirilib.