Xəbərlər

Trüdo: Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq

“Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Kanadanın istefada olan Baş naziri Castin Trüdo deyib.

“Kanadanın ABŞ-ın bir hissəsi olması üçün zərrə qədər şans yoxdur. Hər iki xalq öz ölkələrinin ticarət sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından bəhrələnir”, – Baş nazir əlavə edib.