Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ankarada Dövlət Kibertəhlükəsizliyi İdarəsinin təsis edilməsi barədə qərar qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Departament ölkənin kibertəhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, milli kibertəhlükəsizlik ekosistemi daxilində daxili məhsul və texnologiyaların inkişafı ilə məşğul olacaq, İT təhlükəsizliyi sahəsində risk və təhdidlərlə bağlı məsələlərdə dövlət qurumları və özəl sektorla qarşılıqlı fəaliyyət göstərəcək.
Departamentin baş ofisi Ankarada yerləşəcək, 135 işçi çalışacaq. Zərurət yaranarsa, ölkə ərazisində və xaricdə filiallar açıla bilər. İdarə Prezident Administrasiyasının səlahiyyətindədir və ona hesabat verir, öz büdcəsi olacaq.