BMT-nin baş katibi Antonio Quterreş Cozef Aunu Livan prezidenti seçilməsi münasibətilə təbrik edib və ölkədə prezident böhranının həllini alqışlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Baş katib Livan xalqının ehtiyaclarına cavab verəcək, o cümlədən ölkədə təhlükəsizlik və sabitliyin qorunmasına kömək edəcək, Livanda mərkəzi hakimiyyətin gücləndirilməsinə şərait yaradacaq yeni hökumətin sürətlə formalaşmasına çağırıb.