Husilər son 12 saat ərzində İsrail ərazisinə ikinci raket hücumunu həyata keçirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.
“Yəmən Silahlı Qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçirərək, İsrailin Yaffa bölgəsindəki Müdafiə Nazirliyinə “Fələstin-2″ tipli səs sürətini üstələyən ballistik raketlə hücum edib. Raket hədəfə çatıb, raket hücumundan müdafiə sistemi onu təqib edə bilməyib”, – Səriya qeyd edib.



