“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Tayvana silah tədarükünü sürətləndirməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Trampın milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Uolts deyib.
“Bizim Tayvanla 20 milyard dollar dəyərində ödənilməmiş müqavilələrimiz var. Onlar artıq bu vəsaitləri ödəyiblər. Ona görə də bu silahları istehsal etmək üçün çox çalışmalıyıq. Çini Tayvana müdaxilə qərarından çəkindirmək üçün öhdəlikləri yerinə yetirməliyik”, – Uolts əlavə edib.