İranın şimalında, Gilan əyalətinin Rəşt şəhəri yaxınlığında İran İslam Respublikasının Hüquq-mühafizə komandanlığına məxsus təlim təyyarəsi qəzaya uğrayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Hadisə zamanı pilot, ikinci pilot və bort mühəndisi olmaqla 3 nəfər həyatını itirib.
Hadisə ilə bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.