“Yanvarın 16-da Qahirədə Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi ilə bağlı görüş keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi onlayn brifinqdə deyib.
“ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası HƏMAS hərəkatının girovların azad edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməsini gözləyir. Razılaşmaların birinci mərhələsində HƏMAS-ın əlində olan ən azı iki Amerika vətəndaşının azad ediləcəyi gözlənilir.
Lakin biz şansa güvənmirik, sabah Qahirədə sazişin bütün aspektləri üzrə həyata keçirilməsinə həsr olunmuş görüş olacaq. HƏMAS girovları azad etməkdən imtina edərsə, münaqişənin genişlənməsi ehtimalı yüksəkdir. Gərginliyin daha da artması isə çox güman ki, girovların itkisinə səbəb olacaq”, – nümayəndə əlavə edib.