İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəslə bağlı imzaladığı razılaşmanı poza biləcəyi barədə xəbərdarlıq edib və “yeni müharibəyə hazır olmaq lazım olduğunu bildirib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
“Qəzzada müqavimət cəbhəsinin digər üzvləri ilə həmrəylik ifadə edərək, Livandakı Hizbullah və Yəməndəki Husilər hərəkatlarının və İraqdakı müqavimət qruplarının cəsarətinə heyran qaldığımızı bildiririk. Ancaq İsrail tərəfindən razılaşmanın pozulması ehtimalları qalır. Yeni müharibələrə və cinayətlərə qarşı mübarizə aparmaq üçün döyüş hazırlığının saxlanması vacibdir”, – deyə məlumatda qeyd edilib.