Xəbərlər

Sobolev: Ermənistan və ABŞ arasında əməkdaşlıq Rusiyanın Qafqazdakı maraqlarına təhdiddir

“Ermənistanla ABŞ arasında imzalanmış əməkdaşlıq sazişi, eləcə də ölkəsinin nüfuzunu genişləndirmək üçün ambisiyalı planları Donald Trampın Rusiyanın ən ciddi rəqiblərindən birinə çevrilə biləcəyini göstərir”.

“Füyuzat”ın məlumatına görə, bu fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev bildirib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken strateji tərəfdaşlığa dair xartiya imzalayıblar. Həmçinin nüvə sahəsində əməkdaşlığa dair razılaşma ilə bağlı müzakirələrin başlandığı bildirilib.