ABŞ prezidenti Co Bayden administrasiyası haker hücumları və İran, Çin və Rusiyadan gələn təhdidlər ucbatından kibertəhlükəsizlik sahəsində sanksiya tədbirlərini sərtləşir.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Anna Neuberqer jurnalistlər üçün keçirdiyi xüsusi onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, administrasiyanın rəhbəri tərəfindən imzalanacaq fərmanda ABŞ və müttəfiqlərin milli təhlükəsizliyini təhdid edən dövlətlərə, talançılara və digər zərərli qüvvələrə qarşı sanksiyaların daha geniş və sadələşdirilmiş tətbiqi barədə maddələr yer alacaq.