Xəbərlər

Kanada: Qəzza ilə bağlı mövqeyimiz dəyişməyib

“Kanada hökuməti Qəzza zolağındakı münaqişə ilə bağlı mövqeyini dəyişməyib və Fələstinin dövlət müstəqilliyinin tanınmasını dəstəkləməkdə davam edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Kanada xarici işlər naziri Melani Coli deyib.

“Ottava fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyir. Kanadanın Qəzza ilə bağlı uzunmüddətli mövqeyi dəyişməyib. Biz israillilərin və fələstinlilərin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində təhlükəsiz yaşaya biləcəyi iki dövlətli həllin reallaşdırılmasını dəstəkləyirik”, – Coli qeyd edib.