Fransanın müdafiə naziri Sebastyan Lekornu Ukraynaya məxsus ilk Fransa istehsalı “Mirage 2000” təyyarəsinin Ukraynaya gətirildiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransalı nazir özü məlumat yayıb.
“6 iyun 2024-cü ildə Fransa prezidenti Emmanuel Makron Fransanın “Mirage 2000″ təyyarəsinin Ukraynaya təhvil verildiyini elan etdi. İlk təyyarə bu gün Ukraynaya çatdırılıb. Təyyarəni Fransada təlim keçmiş ukraynalı pilotlar idarə edir”, – məlumatda bildirilib.



