“Birləşmiş Ştatlar ordusu təcili və köklü islahatlar aparmasa, gələcək müharibələrdə məğlubiyyətlə üzləşəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İlon Mask deyib.
“Amerikanın silah proqramları islahata ehtiyac duyur. Dərhal və köklü dəyişikliklər edilmədikcə, Amerika növbəti müharibələri acınacaqlı şəkildə uduzacaq”, – Mask qeyd edib.
O əlavə edib ki, ABŞ-ın hazırkı strategiyası “baş vermiş müharibədə mübarizəni davam etdirmək üçün yüksək xərclə az sayda silah yaratmaqdır”.



