Xəbərlər

Rubio: Ukraynada nizamlanma Münxen konfransının əsas mövzusu olacaq

“Münxen Təhlükəsizlik Konfransının əsas mövzusu Ukrayna böhranının sülh yolu ilə həlli olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Dünyanın hər yerindən olan dövlət başçıları və digər şəxslər bu konfransa gəlir. Konfransda hamı üçün əsas mövzu Ukraynadakı müharibə olacaq. ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəni bitirmək üçün çalışır. Müharibənin sona çatmasında hamı maraqlıdır, buna görə də konfrans zamanı xarici işlər nazirləri və prezidentlərlərlə bu məsələni müzakirə edəcəyik”, – Rubio qeyd edib.