Xəbərlər

Papikyan Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedib

Fevralın 13-də Ermənistan müdafiə naziri Suren Papikyan Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Ermənistan müdafiə nazirinin həmkarları ilə ikitərəfli görüşləri planlaşdırılır.