Xəbərlər

KİV: HƏMAS Qəzzada hakimiyyəti Fələstin Milli Administrasiyasına təhvil verməyə hazırdır

HƏMAS hərəkatı Fələstin Azadlıq Təşkilatına məktub göndərərək, Qəzza zolağının Fələstin Milli Administrasiyasının (PNA) və hökumət komitəsinin nəzarətinə keçməyə hazır olduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, HƏMAS həmçinin bir şərt irəli sürüb ki, ona əsasən Qəzza rəsmiləri yeni administrasiyada işlə təmin olunmalı, işdən çıxarılacağı təqdirdə isə maaş almağa davam etməlidir.

Qeyd olunur ki, təşkilat bu qərarı nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra Misirin “güclü təzyiqi” altında qəbul edib.