“Avropa ordularının Ukraynaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Info” telekanalında bildirib.
“Bu məsələ indi masada deyil. Və heç kim deməyib ki, Avropa dövlətləri bu gün Ukraynaya qoşun yeritmək niyyətindədirlər. Biz deyirik ki, sülh istəyirik”, – XİN rəhbəri bildirib.
Aİ-nin Ukraynaya hansı təhlükəsizlik zəmanətlərini verə biləcəyindən danışan Barrot bu mövzuya toxunmağın hələ tez olduğunu bildirib.
“Bu zəmanətlər nədən ibarət ola bilər? Bu barədə danışmaq hələ tezdir”, – deyə nazir qeyd edib



