Xəbərlər

KİV: Keyt Kelloq Kiyevə gəlib

ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın “Obşçestvennoe” nəşri yazır.

Bundan əvvəl Volodimir Zelenski Kelloqun fevralın 22-dək Ukrayna paytaxtında qalmaq niyyətində olduğunu bildirmişdi. Onun Zelenski, müdafiə naziri Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və ola bilsin ki, hərbi kəşfiyyat rəhbəri Kirill Budanovla danışıqları planlaşdırılır.

Xatırladaq ki, Kelloqun Ukraynaya səfəri Vaşinqton və Kiyev arasında faydalı qazıntılar üzrə sazişin uğursuzluğu, çərşənbə axşamı Ər-Riyadda Rusiya ilə ABŞ arasında danışıqlar və ABŞ prezidenti Donald Trampın Zelenskini tənqid etməsi fonunda baş verir.