Xəbərlər

Zelenski: Ukrayna və Türkiyə Avropanın ən güclü ordularıdır

“Ukrayna və Türkiyə Avropanın ən güclü ordularıdır. Bu, faktdır və ona görə də əlaqələrimizi qoruyub saxlamaq bizim üçün vacibdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransında deyib.

Konfrans zamanı Ukrayna prezidenti Türkiyənin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olub-olmadığı sualını cavablandırıb: “Biz bunun üzərində işləyəcəyik və bunu müsbət hal kimi qiymətləndiririk”.

“Bu gün mənə inam 57% təşkil edir. Əgər kimsə məni indi əvəzləmək istəsə, bu variant işləməyəcək”, – Zelenski qeyd edib.

Ona etimadın 4% olması haqqında bəyanatlara münasibət bildirən Ukrayna prezidenti bunu dezinformasiya adlandırıb. Zelenski qeyd edib ki, belə məlumatlar Rusiyadan alınır və buna müvafiq sübutları var.