“Rusiya ilə növbəti danışıqlarda ABŞ Moskvanın Ukraynadakı münaqişənin həlli üçün nə etməyə hazır olduğunu müzakirə etməyi gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ər-Riyadda keçirilən danışıqlarda Rusiya nümayəndələri Moskvanın Ukraynadakı münaqişənin “düzgün şərtlərlə” başa çatmasında maraqlı olduğunu açıqlayıblar.
“Biz bu şərtlərin nədən ibarət olduğunu müzakirə etməmişik. Ona görə də növbəti addım müəyyən mərhələdə onlarla yenidən görüşmək, lazımi insanları toplamaq və münaqişəyə son qoymaq üçün Rusiyadan nə tələb olunacağını müəyyən etməyə başlamaq olacaq”, – deyə Rubio vurğulayıb.



