Argentina Danimarkadan ilk F-16 döyüş təyyarəsini alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Argentinanın müdafiə naziri Luis Petri “X” səhifəsində bildirib.
“F-16 qırıcı təyyarəsinin Argentina Hərbi Hava Qüvvələrinin donanmasına daxil edilməsi milli müdafiəmizin bərpası üçün tarixi bir gündür. Biz son 40 ildə ən böyük hərbi təyyarə alışını etdik”, – o qeyd edib.



