Xəbərlər

AK: “Şimal axını” Avropa İttifaqının maraqlarına cavab vermir

“Avropa İttifaqının (Aİ) “Şimal axını 2” layihəsi ilə bağlı mövqeyi dəyişməyib, o, ittifaqın maraqlarına cavab vermir”.

“Füyuzat”ın məlumatına görə, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaisa İtkonen qaz kəməri danışıqlarıyla bağlı mətbuatda gedən xəbərləri şərh edərkən deyib.

“Mövqeyimiz dəyişməyib. Fikrimiz aydındır: “Şimal axını” bizim ümumi maraqlarımıza cavab verən layihə deyil. O, Aİ-nin enerji mənbələrini diversifikasiya etmir”, – İtkonen deyib.