Xəbərlər

Makron: Putinlə dialoqa hazıram

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə “vaxtı gələndə” dialoqa hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa prezidenti özü bildirib.

“Mən Ukrayna prezidenti Volodimir Zelenski və avropalı tərəfdaşlarımızın uyğun gördüyü vaxtda Putinlə danışmağa hazıram. Bundan əvvəl isə müharibə aparan tərəflər arasında təmaslar olmalıdır”, – Makron qeyd edib.